Kateqoriyasız

“Azərbaycanda keçirdiyim gözəl vaxtı unutmayacağam” – Fritz Ştuxlik

“Hər kəsə uğurlarının davamlı olmasını arzulayıram. Azərbaycanda keçirdiyim gözəl vaxtı unutmayacağam”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri AFFA ilə müqaviləsi başa çatan Hakimlər Komitəsinin sədri Frits Ştuxlik qurumun rəsmi saytına açıqlamasında deyib.

Avstriyalı mütəxəssis son illər hakimlik, xüsusən də oyun rəsmiləri sahəsində pozitiv dəyişikliklər olduğunu bildirib: “Təkcə Premyer Liqa və I Divizionda deyil, eyni zamanda, gənclərdən ibarət komandaların, futzal oyunlarının, eləcə də həvəskarlar arasında turnirlərin hakimlik məsələlərində müsbət dinamika müşahidə olunub. Bu məsələdə Hakimlər Komitəsindəki həmkarlarımın, fiziki hazırlıq üzrə məşqçilərin və təbii ki, AFFA rəsmilərinin böyük rolu olub. Birlikdə nail olduğumuz, miqyasından asılı olmayaraq bütün uğurlara görə futbol ailəsinə təşəkkürümü bildirirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43