26 İyun 2026
Dünya futbolu

“Qalatasaray” özbək futbolçunu transfer edir

“Qalatasaray” ÇSKA-nın (Moskva) yarımmüdafiəçisi Abbosbek Fayzullaevi heyətinə qatmaq niyyətindədi.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu 21 yaşlı futbolçu üçün Moskva təmsilçisinə müraciət edib.Transferin yayda reallaşması gözlənilir.

Onun Moskva klubu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43