“Turan Tovuz” klubunun yeni inzibati binası istifadəyə verilib.
İdmanxeber.az-ın Tovuza ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, açılışda AFFA-nın baş katibi Cahangir Fərəcullayev, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov və PFL-in əməkdaşları iştirak edib.
Xatırladaq ki, bu axşam saat 18:30-da “Turan Tovuz” doğma meydanda “Qarabağ”ı qəbul edəcək.

