Dünya futbolu

“Qalatasaray” və “Trabzonspor” transferlərini açıqladılar – RƏSMİ

Türkiyə klubları transfer həmlələrini davam etdirirlər.

İdmanxeber.com-un klub saytlarına istinadən verdiyi məlumata görə, “Qalatasaray” və “Trabzonspor” heyətlərinə daha bir futbolçu əlavə ediblər.

Belə ki, İstanbul təmsilçisi “Kasımpaşa”dan Ərən Dərdiyoku rənglərinə bağlayıb. Bunun müqabilində rəqib düşərgəyə 2 milyon avro + Umut Bulut + Ryan Donk təklif edilib.

“Qara dəniz fırtınası” isə “Latsio”dan Ogenyi Onazzini rəsmən “Trabzonspor”lu edib. Bu transferin detalları isə açıqlanmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43