Ölkə futbolu

“Qarabağ”ın daha bir futbolçusu üçün əlamətdar gün

Çempionlar Liqasının III təsnifat mərhələsinin bu gün keçiriləcək “Viktoriya” ilə cavab oyunu “Qarabağ”ın daha bir futbolçusu üçün əlamətdar olacaq. 

İdmanxeber.com-un məlumatına görə, Ağdam təmsilçisinin müdafiəçisi Bədavi Hüseynov çexiyalılarla qarşılaşmada meydana çıxsa, klubunda 150-ci matçın iştirakçısı olacaq.

 

2012-ci ildə “Sumqayıt”dan “Qarabağ”a keçən 25 yaşlı arxa xətt oyunçusu 4 ildə 149 matça çıxıb. Bu müddətdə qol hesabını açmayan milliləşən rusiyalı Premyer Liqada 107 qarşılaşmada iştirak edib. Bədavi Azərbaycan kubokunda 14, avrokuboklarda 28 qarşılaşmaya çıxıb.

 

Qeyd edək ki, “Viktoriya” ilə qarşılaşma digər yubileylərlə də əlamətdardl. Bu qarşılaşma “Qarabağ”ın avrokuboklarda 70-ci oyunu olacaq. Meydana çıxacağı halda, Maksim Medvedev Ağdam klubunda 300-cü oyununu keçirəcək.(Apasport)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43