Ölkə futbolu

“Qarabağ” “Kəpəz”i darmadağın etdi

“Kəpəz”in əvəzedici komandası yeni mövsüm öncəsi hazırlıq planı çərçivəsində sonuncu yoxlama oyununu keçirib. 

İdmanxeber.com-un məlumatına görə, “sarı-göylər” Qəbələdə “Qarabağ”ın əvəzediciləri ilə qarşılaşıb.

Oyunun ilk yarısı başa-baş mübarizə şəraitində keçib və hesab açılmayıb. Fasilədən sonra məşqçilər korpusu meydanda əsasən yeni futbolçulara oynamaq şansı yaradıb. Bu hesabda da özünü göstərib. Matç Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43