Dünya futbolu

43 yaşlı italiyalı futbola qayıdır

İtaliya yığmasının sabiq hücumçusu Kristian Vieri futbola qayıdır. 

İdmanxeber.com-un məlumatına görə, o, 7 illik fasilədən sonra karyerasını bərpa edib.

 

43 yaşında futbola qayıdacaq Vieri Çin çempionatında çıxış edəcək. Bu keçmiş futbolçu özü məlumat verib: “Möcüzəvi xəbərim var. Futbola qayıdıram və Çində oynayacam. 5 ay öncə çəkim 101 kq idisə, indi 91-di. 10 kilo arıqlamışam. Daha 2 kilo arıqladıqdan sonra futbol oynamağa tam hazır olacam”.

 

Vierinin hansı kluba keçəcəyi isə hələ bəlli deyil.

 

Qeyd edək ki, əvvəllər “Yuventus”, “Atletiko”, “Latsio”, “İnter”, “Milan”, “Monako” və “Fiorentina” kimi klubların formasını geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43