Kateqoriyasız

“Qarabağ” – “Viktoriya” matçının biletləri satışda!

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında avqustun 2-si “Qarabağ” Çexiya çempionu “Viktoriya Plzen”i qəbul edəcək. 

İdmanxeber.com xəbər verir ki, Ağdam klubunun rəsmi saytında yer alan məlumata görə, bu qarşılaşmanın biletləri iyulun 30-dan etibarən Respublika stadionunun kassalarında satışda olacaq.

Biletlərin qiyməti nömrəli sektorlara görə 1-5 AZN arası dəyişir, VİP sektoruna isə 30 AZN-dir.

1-5 və 24-28 nömrəli sektorlar – 1 AZN

6-10 və 19-23 nömrəli sektorlar – 2 AZN

11-18 nömrəli sektorlar – 5AZN

VİP – 30 AZN

Qeyd edək ki, “Qarabağ” – “Viktoriya Plzen” matçı avqustun 2-si saat 20:30-da start götürəcək.

Xatırladaq ki, tərəflər arasında ilk oyun 0:0 hesabı ilə başa çatmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43