UEFA Çempionlar Liqası Liqa mərhələsinin ilk turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Kopenhagen” oyununun biletlərinə böyük maraq var.
İdmanxeber.az-ın məlumatına görə, biletlər satışa çıxarıldıqdan cəmi 40 dəqiqə sonra onlayn sistemdə 11 min nəfərlik növbə yaranıb. Fanatlar qısa vaxtda satışa çıxan biletləri əldə etmək istəyir.
Qeyd edək ki, qarşılaşma oktyabrın 1-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

