20 İyun 2026
Kateqoriyasız

“Qarabağ” Vadjinin “Sent-Etyen”ə keçdiyini rəsmən açıqladı

“Qarabağ” klubu futbolçusu İbrahima Vadjinin Fransa “Sent-Etyen”inə keçidini açıqlayıb.

İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı hücumçu əldə olunmuş razılığa əsasən Liqa-2 təmsilçisinə keçib.

Seneqallı forvard artıq yeni klubu ilə müqavilə də imzalayıb. Vadji 3 illik sözləşməyə qol çəkib.

“Sent-Etyen” Vadjinin keçidi üçün “köhlən atlar”a 1,7 milyon avro ödəyəcək. Hücumçu “Qarabağ”a 2021-ci ilin avqustunda transfer olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43