20 İyun 2026
Premyer Liqa

“Qarabağ”la rəqiblər arasında səviyyə fərqi var” – Zaur Həşimov

“Qarabağ” çox maraqlı qrupa düşüb. Rəqiblərin səviyyəsindən danışmağa dəyməz, bura Avropa Liqasıdır. Bəlli məsələdir ki, zəif komanda yoxdur. “Qarabağ”ın qrupdakı şanslarını orta səviyyədə dəyərləndirirəm”.

Bu sözləri İdmanxeber.az saytına “Zirə”nin sabiq baş məşqçisi Zaur Həşimov deyib. O, daha sonra belə davam edib: “Komanda qrupdan çıxmaq üçün mübarizə aparmaq gücdədir. İllərdir “Qarabağ”ın topladığı təcrübə haqlı olaraq ona inamı artırır. Rəqiblərin hamısının fərqli oyun üslübları var. Düzdür, “Qarabağ” daha öncə bu ölkələrin komandaları ilə qarşılaşıb. Məsələn, “Marsel”lə, “Frankfurt”la oynayıb. Qrupdakı ümumu mənzərəyə baxsaq, “Nant”la “Frayburq” əsas favroit kimi görünür. Ancaq komandamızın qrupdan çıxacağına inanıram.

“Qarabağ”la rəqiblər arasında səviyyə fərqi var. Təkcə büdcələrə baxanda bu, açıq-aşkar görünür. Təmsilçimizlə onların çıxış etdikləri ölkə çempionatları çox fərqlidir. Bu, müqayissə olunmazdır. Ona görə transfer etmək hər zaman lazımdır. “Qarabağ” qrupda mübarizə aparmaq üçün biraz daha güclənməlidir”.

Qeyd edək ki, Ağdam klubu UEFA Avropa Liqasının G qrupunda “Olimpiakos”, “Nant” və “Frayburq”la birgə mübarizə aparacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43