Kateqoriyasız

“Qarabağ”ın Avroliqadakı rəqibini peşman etdilər

İsveç liqasında XVII turun oyunlarına yekun vurulub.

İdmanxeber.com-un məlumatına görə, turun son matçında UEFA Avropa Liqasının pley-off oyununda "Qarabağ"la üz-üzə gələcək "Qöteborq" səfərdə "Yurqarden"in qonağı olub. Hesabı matçın 24-cü dəqiqəsində Tom Pettersonla qonaqlar açıb. Lakin meydan sahibləri 6 dəqiqəyə 2 qol vurmaqla ilk hissəni qələbə ilə başa çatdırıblar. İkinci hissədə daha bir qol vuran "Yurqarden" komandası "Qöteborq"u məğlub edib – 3:1.

Qeyd edək ki, "Qöteborq" – "Qarabağ" matçı avqustun 18-də keçiriıcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43