İdman

Rio-2016: Ölkəmizə ilk medal cüdodan gəldi!

Braziliyada təşkil olunan Yay Olimpiya Oyunları davam edir.

İdmanxeber.com-un məlumatına görə,turnirin 4-cü günü millimiz üçün uğurlu alınıb. Belə ki, cüdo yarışlarında ölkəmizi təmsil edən Rüstəm Orucov 73 kq-da mübarizə apararaq ölkəmizin hesabına ilk medal yazdırıb.

Həlledici qarşılaşmada yaponiyalı Ono Şohei ilə üz-üzə gələn Orucov rəqibinə ipponla uduzub. Bununlada Orucov gümüş medalla kifayətlənib.

Qeyd edək ki, millimiz Rioda 6 cüdoçu ilə təmsil olunsa da, onlardan artıq 2-si Orxan Səfərov (60 kq) və Nicat Şıxəlizadə (66 kq) mübarizəni medalsız başa vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43