Kateqoriyasız

“Qarabağ”ın futbolçularından Neslican paylaşımı (Fotolar)

Xərçəngdən əziyyət çəkən 21 yaşlı Neslican Tayın ötən həftə dünyasını dəyişməsi hər kəsi məyus edib.

İdmanxeber.az-ın məlumatına görə, Türkiyədə xərçəng xəstəliyinə qarşı sosial şəbəkələrdəki mübarizəsi ilə tanınan Neslicanın ölümünə azərbaycanlı futbolçular da biganə qalmayıblar.

“Qarabağ”ın milli üzvləri Mahir Emreli və Qara Qarayev etdikləri paylaşımla bu acıya şərik çıxıblar:

Emreli şəxsi instaqram səhifəsində “Səni unutmayacağız, Neslican Tay!”, Qara Qarayev isə “Gənckən hər şey sonsuzmuş kimi gəlir. Çox zaman varmış kimi, hər zaman sağlıklı olacaqmışsınız kimi. Amma gerçək bu deyil. O üzdən ertələməyin və qiymətini bilmək üçün kaybetməyi beklemeyin” sözlərini paylaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43