Kateqoriyasız

“Qəbələ” – “Dinamo” matçının hakimləri müəyyənləşdi

Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Qəbələ” – “Dinamo” matçının hakimləri müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, matçın baş hakimi Amori Deleryu olacaq. Ona həmyerliləri Loren Stiyen və Maykl Annonier köməklik edəcək. Sebastian Moreyra isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 9-da keçiriləcək “Qəbələ” – “Dinamo” oyunu saat 21:00-da başlayacaq. Bu komandalar arasında Tiflisdə baş tutan ilk görüşdə “Qəbələ” rəqibinə 1:2 hesabı ilə uduzub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43