Ölkə futbolu

“Xəzər Lənkəran”ın son məşqindən – FOTOLAR

“Xəzər Lənkəran”ın Nevşehir toplanışı davam edir.

Komanda iyulun 6-də növbəti səhər məşqini keçirib.

İdmanxeber.com-un məlumatına görə, son günlərdə arabir taktiki çalışamlardan istifadə edilsə də hələlik üstünlük fiziki hazırlığa verilir. Baş məşqçi Yunis Hüseynovun istəyinə uyğun olaraq onun yardımçısı Covanni Melkiore futbolçuları tam yorulana qədər çalışdırır və bu zaman onların fiziki cəhətdən stabil qaydada, getdikcə daha çox yüklənməsini təmin etməyə çalışır. Elə 6-iyul, səhər məşqi də bu mənada istisna deyildi və hətta pik nöqtə də sayıla bilərdi. Belə ki, ağır məşqin son 40-dəqiqəsini futbolçularımız kross qaçışda keçirərək hazırlıq prossesini yekunlaşdırıblar. Qeyd edək ki, toplanışın ilk günlərində eyni ağırlığın heç onda birinə dözə bilməyən komanda üzvləri artıq fiziki göstəriciləri ilə məşqçilər korpusunun ümidlərini doğrulda bilirlər. (12cioyuncu)

mesq-25  mesq-22


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43