Ölkə futbolu

“Bakı” Premyer Liqaya buraxılacaqmı?

“Bakı”nın yeni mövsümdə Premyer Liqada iştirak edəcəyi haqda xəbərlər yayılıb.

Klubun icraçı direktoru Yaşar Seyidov mətbuata açıqlamasında bunun mümkünlüyünü bildirib.

O, klub prezidenti Hafiz Məmmədovun AFFA-nın rəhbəri Rövnəq Abdullayevlə görüşərək “Bakı”nın yeni mövsümdə Premyer Liqada çıxış etməsi ilə bağlı məsələni müzakirə etdiyini deyib. Əlavə edib ki, indi əsas məsələ klubun maddi problemlərini həll etməkdir.

“Əgər Hafiz Məmmədov bu məsələni həll etsə, klub AFFA tərəfdən Premyer Liqada oynamaq üçün lizenziya alacaq” – deyə o bildirib.

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev isə “Azerisport.az”a açıqlamasında Premyer Liqada işitirak edəcək 10 komandanın bəlli olduğunu və “Bakı”nın bu siyahında yer almadığını qeyd edib: “Bakı” AFFA-dan lisenziya ala bilməyib. Amma Premyer Liqada çıxış etmək istəyirlərsə, öncə birinci divizionda oynamalı, qalib olmalı və növbəti mövsümdən Premyer Liqaya qayıtmalıdırlar. Artıq növbəti mövsümdə Premyer Liqada oynayacaq komandalar hazırlığa başlayıb, “Simurq” isə bugünlərdə məşqə start verəcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43