Dünya futbolu

Çilinin çempionluğu 3 azarkeşin ölümünə səbəb oldu

Futbol üzrə Çili milli komandasının üç azarkeşi həyatını itirib.

Hadisə ölkə yığmasının Amerika Kubokunu qazanmasını qeyd edən azarkeşlər arasındakı toqquşma nəticəsində baş verib.

İki nəfər insident zamanı ölüb, birini isə maşın vurub. Toqquşma iştirakçılarından daha üçü isə həbs olunub.

Qeyd edək ki, Amerika Kubokunun finalında Argentina ilə qarşılaşan Çili penalti seriyasında qalib gəlib – 4:1.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43