Ölkə futbolu

Reytinq cədvəli açıqlandı- millimiz mövqeyini qorudu

Futzal üzrə yığma komandaların növbəti reytinq cədvəli açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, ötən ay heç bir oyun keçirməyən yığmamız 14-cü pillədə qərarlaşaraq mövqeyini qoruyub. Komandamızın aktivində 1354 хal var.

Qeyd edək ki, cədvələ İspaniya başçılıq edir – 1922 xal. Braziliyanın 1910 xalla 2-ci olduğu reytinqin 3-cü pilləsində Rusiya yer alıb – 1746 xal.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43