Dünyadan

“Real” – “Mançester Yunayted” finalı haqda: Hansı kanalda?

Geridə qalan mövsüm UEFA Çempionlar Liqasının qalibi olan “Real” (Madrid) və Avropa Liqasını qazanan “Mançester Yunayted” sabah Superkubok oyunu çərçivəsində üz-üzə gələcək.

İdmanxeber.com-un məlumatına görə, möhtəşəm qarşılaşma Makedoniyanın paytaxtı Skopye şəhərindəki “Filipp II” arenasında baş tutacaq. Oyunda ədalət təmsilçisi qismində Canluka Rokki fit çalacaq. Bakı vaxtı ilə saat 22:45-də start götürəcək matçı azarkeşlər Türkiyənin “TRT1” kanalı vasitəsi ilə şifrəsiz olaraq izləyə bilər.

Maraq üçün bildirək ki, bu günə qədər 5 dəfə Superkubok finalında meydanda çıxan Madrid klubu bu görüşlərin 3-nü qalib kimi başa vurub. 3 dəfə finalda iştirak etmək hüququ qazanan “qırmızı şeytanlar” isə bu qarşılaşmalardan cəmi 1-də qələbəyə sevinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43