İsveçrə çempionatında 2-ci turun oyunları keçirilir.
İdmanxeber.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun da formasını geyindiyi “Qrasshopper” səfərdə “Lozanna” ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb.
Renat da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 66-cı dəqiqədə əvəzlənib.
“Qrasshopper” hazırda 1 xalla 12 iştirakçı arasında 9-cudur.

