23 İyun 2026
İdman

Cüdoçularımız növbəti medallarını qazandılar

Azərbaycan cüdoçuları Sloveniyanın Maribor şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında (EYOF) daha bir medal qazanıblar.

İdmanxeber.az-ın məlumatına görə, yığma turnirin sonuncu günündə qarışıq komanda yarışlarında qüvvələrini sınayıb. Finala vəsiqə əldə edən milli burada Türkiyə seçməsinı 2:4 məğlub olaraq gümüş medala sahib çıxıb.

Xatırladaq ki, fərdi yarışlarda Azərbaycan cüdoçuları festivalı 3 qızıl, 2 gümüş və 4 bürünc medalla 1-ci yerdə başa vurublar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43