23 İyun 2026
Dünya futbolu

Mahir qol vurdu, “Dinamo” qalib gəldi – YENİLƏNİB

Xorvatiya çempionatının II turunun oyunları keçirilir.

İdmanxeber.az-ın məlumatına görə, millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi “Dinamo” səfərdə “İstra” klubu ilə qarşılaşıb. Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə sona çatıb.

Emreli görüşə start heyətdə başlayıb. O, komandasının ilk qolunun assistini edib, ikincini isə özü vurub.

İki oyundan sonra “Dinamo”nun aktivində 3 xal var.

“İstra” – “Dinamo” 0:3 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43