“Roma” Avropa Liqasında ən çox qələbə qazanan komanda olub.
İdmanxeber.az-ın məlumatına görə, İtaliya təmsilçisi Liqa mərhələsinin 1-ci turunda “Nitsa” üzərində qələbə sayəsində turnirdə 98-ci qələbəsini əldə edib.
Bununla da paytaxt klubu əvvəlki rekordçu “Tottenhem”i (97 qələbə) geridə qoyub.
“Roma” növbəti turda “Lill”i qəbul edəcək.

