23 İyun 2026
Dünya futbolu

Ronaldo Messi ilə komanda yoldaşı ola bilər

“İnter Mayami” klubu 2025-ci ildə keçiriləcək Klublararası Dünya Çempionatı üçün “Əl Nəsr”in hücumçusu Kriştiano Ronaldonu transfer etməyi düşünür.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu turnir müddətində Amerika klubuna keçib daha sonra isə “Əl-Nəsr”lə müqaviləsini uzada bilər. Ronaldonun Səudiyyə klubu ilə hazırkı sözləşməsi 30 iyun 2025-ci ilə qədərdir.

40 yaşlı portuqaliyalı bu mövsüm bütün turnirlərdə 33 oyuna çıxıb, 28 qol vurub və 4 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43