Kateqoriyasız

Rusiyalı qapıçı Premyer Liqa klubumuzda? – 3 gündü Bakıdadı

Premyer Liqada cari mövsümə uğursuz start götürən “Səbail” transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-a daxil olan məlumata görə, paytaxt klubu baxışa yeni qapıçı cəlb edib. Söhbət rusiyalı Aleksandr Tuaevdən gedir. “Ximki”nin yetirməsi olan 22 yaşlı qolkiper hazırda “dənizçilər”də baxışdadı.

2-3 gündü komandanın məşqlərində iştirak edən 1.99 boya malik gənc qapıçının hazırlığı məşqçilər korpusunu qane etmir və onun göndəriləcəyi bildirilir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43