Dünya futbolu

Səhər saatlarında “Real”ı şoka salan xəbər

İspaniyanın “Real” klubunda ciddi itki yuaşanıb.

İdmanxeber.az-ın məlumatına görə, mnövsümlərarası beynəlxalq turnirə qatılan “Real” bu gün səhər saatlarında “Arsenal”ı penaltilər seriyası ilə məğlub edib. Madrid klubunun qollarından birini vuran Marko Asensio uzun müddətə sıradan çıxıb. O, 65-ci dəıqiqədə zədələnib. Görüşdən dərhal sonra xəstəxanaya aparılan 23 yaşlı futbolçu MRT olunub.

MRT nəticəsinə əsasən gənc futbolçunun 8 ay yaşıl meydanlardan kənar qalacağı açıqlanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43