Ölkə futbolu

“Sumqayıt” daha çoxunu təklif etdi – qərar verməkdə tələsmir

“Kəpəz”in gürcüstanlı futbolçusu Georgi Papunaşvili mövsüm sonu klubdan ayrıla bilər.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, “Sumqayıt” oyunçunun xidmətində maraqlıdır. Tərəflər arasında bir müddətdir danışıqlar davam edir.

“Sumqayıt” rəhbərliyi Papuya “sarı-göylər”də qazandığından daha artıq maaş təklif edib. Gürcüstanlı futbolçu isə hələlik qarşı tərəfə yekun qərarını bildirməyib.

Xatırladaq ki, 29 yaşlı yarımmüdafiəçi ötən ildən “Kəpəz”də çıxış edir. O, karyerası ərzində “Real” (Zaraqoza), “Rasinq” və “Dinamo” (Tbilisi) kimi klublarda forma geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43