Dünyadan

UEFA “Barselona”ın futbolçularından Çempionlar Liqasının medalını qaytarmağı tələb etdi

“Barselona”nın 4 futbolçusu – Klaudio Bravo, Xordi Masip, Tomas Vermalen və Duqlas Pereyra Kataloniya klubu ilə qazandıqları ÇL-dəki qızıl medalları UEFA-ya qaytarmaq məcburiyyətində qalıblar.

İdmanxeber.com xarici mətbuata istinadən xəbər verir ki, UEFA katalonların heyətində 2014-2015 mövsümündə 1 dəqiqə olsun belə meydana çıxmayan 4 futbolçunun medallarının qaytarılmasını istəyib.

İddia olunur ki, UEFA qaydalara uyğun olaraq komandanın heyətində yalnız turnir boyu iştirak edən futbolçulara medal düşdüyünü bildirib.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43