22 İyul 2026
Kateqoriyasız

“Xəzər Lənkəran” PFL-ə müraciət etdi – Azarkeşlər üçün

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk qarşılaşmasında “Xəzər Lənkəran” martın 2-də öz meydanında “Neftçi” ilə qarşılaşacaq.

İdmanxeber.com-un məlumatına görə, oyun saat 14:00-a təyin edilsə də, cənub təmsilçisi qarşılaşmanın 2 saat daha gec başlaması üçün PFL-ə müraciət edib.

Belə ki, cənub təmsilçisi azarkeşlərin qarşılaşmaya gəlməsi üçün oyunun daha gec saat 16:00-da başlamasını istəyib. Bu gün PFL-in bu müraciətə cavab verəcəyi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43