24 İyul 2026
Dünya futbolu

17 yaşlı futbolçu böyük klubların diqqətində

Argentinanın “River Pleyt” klubunun yarımmüdafiəçisi Franko Mastantuono Avropa komandalarının diqqət mərkəzindədi. 

İdmanxeber.az-ın məlumatına görə, 17 yaşlı oyunçunun xidmətində “Çelsi” və “Mançester Yunayted” klubları maraqlıdır. Argentinalı futbolçunun dəyəri 45 milyon avrodur.

Mastantuono cari mövsümdə 13 oyunda iştirak edib, 4 qol vurub və 2 məhsuldar ötürmə verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43