23 İyul 2026
Kateqoriyasız

SON DƏQİQƏ: “Simurq” Lənkəran səfərindən görün nəyə görə imtina etdi

Maliyyə problemləri sarıdan əziyyət çəkən “Simurq”un 15 yaşadək futbolçulardan ibarət komandası Azərbaycan çempionatı çərçivəsində “Xəzər Lənkəran”la oyuna çıxmayacaq.

İdmanxeber.com-un məlumatına görə, Lənkəran səfərindən imtina edilməsi isə maliyyə problemi ilə əlaqələndirilir. 

Klubun mətbuat xidmətindən saytımıza bildirilib ki, səfərin baş tutmaması, valideyinlərin uşaqlarını uzaq səfərə yollanmasını istəməməsi olub.

Bundan əlavə 15 yaşlılarda çıxış edən bir neçə futbolçu 14 yaşlılarn heyətinə cəlb olunub. Buna səbəb isə 14 yaşlıların 1/4 final mərhələsində oynamasıdı. Futbolçu çatışmamazlığı da Zaqatala klubunu pis vəziyyətdə qoyub və nəticədə əyalət komandası səfərdən imtina edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43