Xəbər verdiyimiz kimi, "Xəzər Lənkəran”ın İdman Direktoru Yunis Hüseynov və komandanın tərcüməçisi Elvar Quliyev Malidə futbolçu axtarışındadılar.
Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu idmanxeber.com-a açıqlamasında hələ ki, klub rəsmilərinin Afrikada daha bir neçə matç izlədikdən sonra bəyəndikləri futbolçularla bağlı hərəkətə keçəcəklərini bildiib.
H.Cəbrayıloğlu onu da bildirdi ki, konkret olaraq danışıq apardıqları hər hansı bir futbolçu yoxdu.
Qeyd edək ki, klub rəsmilərinin Portuqaliya səfəri müvəqqəti olaraq ləğv edilib. Onlar Malidən birbaşa vətənə gələcəklər.

