23 İyun 2026
Kateqoriyasız

“Qarabağ”dan mövsümün rekordu

Premyer Liqada III dövrə başa çatıb.

İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, 2016-cı ilin arxada qalan hissəsinə təsadüf edən 9 turda “Qarabağ” hamıdan üstün olub.

22 xal toplayan Ağdam təmsilçisi dövrənin qalibidir. Qurban Qurbanovun komandası 18 xal topladığı II dövrədə də hamını arxada qoyub.

Mövsümün ilk 9 turunun ən yaxşısı isə “Qarabağ”ı top fərqində üstələyən “Qəbələ” idi – 20 xal. İkinci dəfə dövrənin ən yaxşısı olan “Qarabağ” 22 xal toplamaqla 9 tur üçün mövsümün rekord göstəricisinə imza atıb.

Əyalət klubu dövrədə hamıdan çox qol vurub və ən az top buraxıb. “Zirə” dövrəni heç-heçəsiz, “Rəvan”la “Xəzər Lənkəran” qələbəsiz bitirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43