Yaşıl meydanlarda daha bir ölüm hadisəsi yaşanıb.
İdmanxeber.com-un məlumatına görə, Braziliyanın “Friburquense” klubunun futbolçusu Bernardo Ribeyronun oyun zamanı ürəyi dayanıb. 26 yaşlı yarımmüdafiəçi təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
İki gün öncə Rumıniyanın “Dinamo” klubunun futbolçusu Patrik Ekeng “Vitrolul”la matçda ürək tutmasından vəfat etmişdi.

