23 İyul 2026
Kateqoriyasız

“Kəpəz” derbiyə hazırlaşır

Premyer Liqanın 33-cü turunda səfərdə “Xəzər Lənkəran” üzərindəki qələbədən sonra “Kəpəz” Bakıya qayıdıb.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, komanda istirahət etmədən dünəndən növbəti turun oyunu üçün hazırlığa başlayıb.

Mayın 11-də Gəncədə “Neftçi”ni qəbul edəcək “sarı-göylər” sabah doğma şəhərə gedəcək. “Kəpəz” oyundan öncəki məşqi matçın keçiriləcəyi şəhər stadionunda keçəcək. Hazırlıq prosesi saat 16:00-da başlayacaq. Məşq mətbuat və azarkeşlər üçün açıq xarakter daşıyacaq.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43