23 İyul 2026
Kateqoriyasız

“Kəpəz”in futbolçusu: “Göstərmək istəyirdim ki, oynaya bilirəm”

“Yaxşı, maraqlı oyun oldu. Meydanda üstün olan tərəf biz idik, fəallığımız bəhrəsini verdi və qələbə qazandıq. Bunun üçün sevincliyik”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Kəpəz”in futbolçusu Orxan Əliyev klubun rəsmi saytına açıqlamasında deyib. Gənc futbolçu  Premyer Liqanın 33-cü turu çərçivəsində “Xəzər Lənkəran” üzərindəki qələbəni şərh edərkən daha sonra bunları əlavə edib: “Matça ciddi hazırlaşmışdıq, bu da son nəticədə sözünü dedi. Üç xalı üç qolla qazandıq. Qarşıda bizi bir-birindən daha çətin oyunlar gözləyir. Uğurlu çıxışımızı davam etdirməliyik”.

Cənub təmsilçisi ilə görüşdə meydana sonradan daxil olan Əliyev fərqlənməyi də bacarıb. O, “Kəpəz”in üçüncü qoluna imza atıb: “Meydana çıxıb oynamaq və qol vurmaq istəyirdim. Göstərmək istəyirdim ki, oynaya bilirəm. Özümü kiməsə sübut etmək fikrim yox idi. Gücümə arxalanıram və  komandam, özüm üçün fərqlənmək istəyirdim. Məşqçinin meydanda hansı mövqedə şans verməsindən asılı olmayaraq oynamaq və özümü göstərmək fikrindəyəm”. 



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43