23 İyul 2026
Kateqoriyasız

AFFA “Qəbələ” və “Neftçi”ni cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda Azərbaycan kubokunun yarımfinal mərhələsi və  Topaz Premyer Liqanın 33-cü turunda yol verilən qayda pozuntuları ilə bağlı müvafiq qərarlar qəbul edilib.
 
Azərbaycan Kubokunun 1/2 mərhələsinin cavab oyunu olan “Qəbələ” – “Neftçi” matçında hər iki klubun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klublar  1000 manat cərimə olunub.

Oyunun 113 – cü dəqiqəsində “Qəbələ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.

Topaz Premyer Liqanın XXXIII turunun “Zirə” – “Qəbələ” matçında “Qəbələ”nin 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43