Portuqaliya yığmasının hücumçusu Eder AÇ-2016-dan sonra Fransa klubunda ilk oyununu keçirib. İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, o, “Lill”in əvəzedici komandasının heyətində meydana çıxıb.
“Dünkerk”lə qarşılaşan “Lill”in ikinci komandası matçdan bərabərliklə ayrılıb – 2:2. Bu görüşdə əsas komandadan Ederlə yanaşı, Yunus Sankare də iştirak edib.

