22 İyul 2026
İdman

Superliqada növbəti məşqçi istefası: Bu dəfə Ərtoğrul Sağlam

"Beşiktaş"da futbol oynadığı dövrlərdə daha çox tanınan Ərtoğrul Sağlam çalışdığı komandasından istefa verib.

İdmanxeber.com-un məlumatına görə, o daha "Malatyaspor"un uğurları üçün çalışmayacaq. Komandanın uğursuz çıxışları Sağlamı bu addımı atmağa vadar edib.

Qeyd edək ki, 47 yaşlı mütəxəssis mövsümün əvvəlindən Malatya təmsilçisini çalışdırırdı. Komanda bu mövsüm 4 oyuna 4 xal toplayaraq 13-cü pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43