PSJ klubunun və Braziliya millisinin üzvü Neymarın Parisdə qadına qarşı təcavüz etdiyi ilə bağlı iddialar barədə yeni video yayılıb.
İdmanxeber.az xəbər verir ki, təcavüzə qaldığını iddia edən Najila Trindade oteldə 27 yaşlı futbolçuya hücum çəkib. Braziliyalı model Neymara hücum çəkərkən bir gün öncə döyülüyü üçün bunu etdiyini deyib. “Səni niyə döydüyümü bilirsən? Səbəbini bilirsən?” şəklində danışan qadına Neymar “Etmə, bunu etmə” cavabını verir.
Daha sonra Trindade “Çünki dünən mənə hücum etdin” deyərək, futbolçuya hücum çəkməkdə davam edir. Videonun geridə qalan hissəsində nələr baş verdiyi isə bəlli deyil.