Avropa Liqasının II təsnifat mərhələsinin ilk görüşündə “Neftçi” səfərdə “Arsenal”ı (Tula) məğlun edib -1:0.
İdmanxeber.az-ın məlumatına görə, matçdan sonra “Neftçi” “tvitter” hesabı vasitəsi ilə “Çay içmək istəyirsizsə Bakıda içərik. Hesabı da ödəyərik. Ancaq “pryaniq” gətirməyi unutmayın” yazıb.
Qeyd edək ki, görüşdən bir neçə gün öncə “ağ-qaralar” Tula təmsilçisinə “Özümüzlə samovar gətirə bilərik” deyə, sual verib. “Arsenal” tərəfi isə cavabında “Samovarı gətirin, zəncəfili biz sizə verərik” yazıb.