30 Dekabr 2024
Kateqoriyasız

“Mahirin ayağa qalxdığını görürəm” – “Dinamo”nun baş məşqçisi

“Futbolçunun problemi olmasına baxmayaraq, komandası üçün faydalı olmaq istəməsi yaxşıdır”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Dinamo”nun (Zaqreb) baş məşqçisi Jelki Kopiç çempionatın IX turundan tərixə salınmış “Hayduk” matçından əvvəl açıqlama verərkən deyib..

Xorvat mütəxəssis zədəsini yeni sağaldan azərbaycanlı hücumçu Mahir Emreli ilə bağlı fikirlərini bildirib:

“Emrelinin ayağa qalxdığını görürəm, yaxşılaşır. Əvvəl durumu ürəkaçan deyildi. İndi getdikcə yaxşılaşır. Mənim üçün ən önəmlisi odur ki, hər kəs klubun uğurları, titulları üçün oynasın və meydanda sonadək mübarizə aparsın”.

Aprelin 20-də keçiriləcək “Hayduk” – “Dinamo” matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43