27 Dekabr 2024
Kateqoriyasız

“Aris” işini ehtiyatlı tutur – “Neftçi” ilə oyun üçün…

Kiprin “Aris” klubunun Konfrans Liqasının II təsnifat mərhələsinin “Neftçi” ilə cavab matçi öncəsi Bakı planı məlum olub.

İdmanxeber.az xəbər verir ki, Limassol klubu paytaxtımıza iki gün əvvəl – iyulun 26-da gələcək. Aleksey Şpilevskinin rəhbərlik etdiyi kollektivin daha tez adaptasiya olması üçün bu addımı atacaq.

“Neftçi” – “Aris” görüşü iyulun 28-də “Bakcell Arena”da keçiriləcək. Matç saat 21:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43