Millimizin futbolçusu Mahir Emreli “Dinamo”nun heyətində Şimali Makedoniyada “Şkupi”yə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununu buraxacaq.
İdmanxeber.az xəbər verir ki, Zaqreb klubunun 25 yaşlı hücumçusu zədəsini yeni sağaldıb və onun səfər matçında iştirak etməsi gözlənilmir.
Qeyd edək ki, iyulun 26-da oynanılacaq “Şkupi” – “Dinamo” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.