Xorvatiya çempionatında VI turun oyunları keçirilir.
İdmanxeber.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geydiyi “Dinamo” da növbəti matçına çıxacaq.
Zaqreb təmsilçisi doğma meydanda “Osiyek”i qəbul edəcək. Qarşılaşma Bakı vaxtilə saat 23:05-də start götürəcək.
“Dinamo” 5 turdan sonra 13 xalla liderdir.

