Kateqoriyasız

“Sumqayıt” bosniyalı hücumçunun keçidini açıqladı

2022/23 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunu heyətinə cəlb edib.

İdmanxeber.az Sumqayıt klubunun rəsmi saytına istinadən xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi Almir Aqanspaxiçi heyətinə qatıb.

Klub ötən mövsümü “Çukariçki”də keçirmiş bosniyalı hücumçunu 1 illik icarəyə götürüb. 25 yaşlı futbolçu “Sumqayıt”da “9” nömrəli formada çıxış edəcək.

Almir Aqanspaxiç karyerası ərzində Bosniya və Herseqovinanın “Sarayevo”, “Mladost” (Kakan), “Krupa”, “Çelik”, Xorvatiyanın “Osiyek”, Norveçin “Raufoss”, Serbiyanın “Novi Pazar” və “Çukariçki” klublarının uğurları üçün çalışıb. Aqanspaxiç Bosniya və Herseqovinanın U-17, U-18 və U-21 millilərinə də cəlb olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43