İdman

Azərbaycan yığmasının seçmə mərhələ üçün heyəti

Avropa çempionatının təsnifat mərhələsində mübarizə aparacaq qadın voleybolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.

İdmanxeber.az xəbər verir ki, yığmanın baş məşqçisi Eldar Yusubov heyətə 14 voleybolçu daxil edib.

Bunlar Ayşən Abduləzimova, Kristina Besman, Marqarita Stepanenko, Aynur İmanova, Yuliya Kərimova, Olena Xarçenko, Yelizaveta Ruban, Odina Əliyeva, Mariya Kirilyuk, Bəyaz Alıyeva, Şəfaqət Alışanova, Anastasiya Mertsalova, Nikalina Başnakova və Valeriya Kondratyevadır.

Azərbaycan millisi təsnifat mərhələsində ilk oyununu bu gün Bakıda Gürcüstana qarşı keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43