Kateqoriyasız

“Qarabağ”ın iki futbolçusu “Qalatasaray”ın “radar”ında

Türkiyənin “Qalatasaray” klubu “Qarabağ”ın futbolçusu Toral Bayramovu transfer etmək istəyir.

İdmanxeber.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, “cim-bom” sol cinah müdafiəçisinin meneceri ilə təmasa keçib.

“Qalatasaray” Toralın transferində olduqca iddiali olduğu və “Qarabağ”ı bu keçidə razı salmağa çalışdığı bildirilir.

“Fanatik”də yer alan xəbərdə bildirilir ki, 21 yaşlı futbolçusuna “Kayserispor” və birinci liqa klubu “Eyyupspor”dan da təklif var.

Həmçinin “sarı-qırmızılar”ın Qara Qarayevi də diqqətdə saxladığı bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43