“Neftçi”nin ev oyunlarını keçirdiyi “Bakcell Arena” təmirə bağlanır.
İdmanxeber.az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb. Stadionun qazonunda aparılacaq yeniləmə işləri səbəbindən “Neftçi”nin müraciəti, “Səbail”in razılığı ilə Premyer Liqanın 1-ci dövrəsinin 7-ci tur oyunu “Səbail” – “Neftçi”, 2-ci dövrənin 15-ci tur görüşü “Neftçi” – “Səbail” olaraq dəyişdirilib.
Qeyd edək ki, sentyabrın 16-da keçiriləcək “Səbail” – “Neftçi” qarşılaşması saat 20:30-da start götürəcək.

